Anri ABŞ klubundan ayrıldı

Sportarena.az      26 Fevral 2021 , 01:03

ABŞ-ın “Monreal İmpakt” klubunun baş məşqçisi Tyerri Anri istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. 43 yaşlı fransız mütəxəssisin ailəvi məsələlərlə əlaqədar ayrılıq qərarı aldığı diqqətə çatdırılıb.

 

Anri klubun mətbuat xidmətinə açıqlamasında istefasını belə şərh edib: “Ötən il mənim üçün çox ağır keçdi. Dünya miqyasındakı pandemiya səbəbindən uşaqlarımı görə bilmədim. Bu ayrılıq uşaqlarım və mənim üçün çox çətindir. Bu səbəbdən Londona qayıtmaq məcburiyyətindəyəm”.

 

Qeyd edək ki, Anri futbolçu karyerasını başa vuran sonra “Arsenal”ın aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyə başlamış, daha sonra Belçika yığmasında köməkçi məşqçi kimi çalışmışdı. 2018-ci ildə “Monako”ya baş məşqçi təyin olunan fransız mütəxəssis, 2019-cu ildən “Monreal İmpakt”ı çalışdırırdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin