Yığmamız “Turan Tovuz”a qalib gəldi

11:00 26 Fevral 2021

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, “Turan Tovuz”la oyun millimizin 2:0 hesablı qələbəsilə başa çatıb.U-17-nin qollarını Nahid Əliyev və Sənan Ağalarov vurub.

 

Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də “Qəbələ”nin U-19 komandasına qarşı keçirəcək.


Xəbər xətti