Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

Sportarena.az      26 Fevral 2021 , 18:18

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər arasında aparılan səsverməyə əsasən Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski həftənin ən yaxşı futbolçusu seçilib.

 

33 yaşlı polşalı futbolçu İtaliyada “Latsio”nu 4:1 məğlub etdikləri görüşdə bir qolla yadda qalıb.

 

Həftənin ən yaxşısı adına “Çelsi”nin (İngiltərə) hücumçusu Olivye Jiru, “Real”ın (İspaniya) müdafiəçisi Ferlan Mendi və “Mançester Siti”nin (İngiltərə) müdafiəçisi Joao Kanselo da namizəd idi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin