PFL bir oyunun yerini dəyişdi

Sportarena.az      26 Fevral 2021 , 19:50

Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, aparılan müşahidələrdən sonra Azərbaycan Birinci Divizionunun 15-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.

 

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:

 

15-ci turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında keçirilsin və görüş “Neftçi-2” - “Qaradağ Lökbatan” kimi qeyd olunsun.

 

Birinci Divizionun 23-cü turunun “Neftçi-2” - “Qaradağ Lökbatan” oyunu isə “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin