Türkiyə çempionatı: "Beşiktaş"dan böyükhesablı qələbə

00:11 27 Fevral 2021

Türkiyə Superliqasında 27-ci tura start verilib.
 
 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib. “Gənclərbirliyi” “Yeni Malatyaspor”la, “Konyaspor” isə “Qaziantep”lə heç-heçə edib.“Beşiktaş” isə “Dənizlispor” qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, hazırda "Qalatasaray" 54 xalla 1-ci, "Beşiktaş" eyni xalla 2-ci, "Fənərbaxça" 51 xalla 3-cüdür.
 

 

26 fevral
 
"Gənclərbirliyi" – "Yeni Malatyaspor" - 1:1
Qollar: Özbir, 60-avtoqol – Tetteh, 34
 

"Konyaspor" – "Qaziantep" - 0:0
 

"Beşiktaş" – "Dənizlispor" - 3:0
Qollar: Larin, 22. Abubakar, 38. Lyayiç, 39.


Digər xəbərlər

Xəbər xətti