"Şerif" futbolçulara 10 min dollar, "Qarabağ" isə 5 dəfə çox ödəyir" - AÇIQLAMA

Sportarena.az      27 Fevral 2021 , 17:02

"Şerif"lə "Qarabağ"ın sistemi eynidir. Hər iki klub bütün dünyadan legionerlər dəvət edir və onlara yaxşı məvacib verir. Ona görə də əcnəbilər Bakı və Tiraspola gəlirlər".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri Rusiyada fəaliyyət göstərən "Qarabağ" futzal klubunun baş məşqçisi Elnur Vəliyev "moldfootball" nəşrinə müsahibəsində deyib. Ağdamın "Qarabağ" klubu ilə Moldova "Şerif"ini müqayisə edən 35 yaşlı mütəxəssis Azərbaycan çempionunun daha yaxşı büdcəyə sahib olduğunu bildirib:

 

"İki komanda arasında yeganə fərq odur ki, "Şerif" futbolçulara 10 min ABŞ dolları, "Qarabağ" isə bundan 5 dəfə çox ödəyir. Ona görə də Azərbaycan çempionu avrokuboklarda 3 dəfə "Şerif"i mübarizədən kənarlaşdırıb".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin