"Qarabağ"dan AFFA-ya: "Gülməli qərardı"

Sportarena.az      28 Fevral 2021 , 12:38

"Qarabağ" AFFA İntizam Komitəsinin ağır cəzasına məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, qurum Uroş Matiçin futbol formasında standartların pozulduğunu əsas gətirərək, klubu 3000 manat cərimələyib. Maraqlıdı ki, geridə qalan 15 turda analoji qərar verilməyib. Digər maraqlı məsələ isə ondan ibarətdi ki, "Qarabağ"ın sosial şəbəkə hesabında paltardəyişmə otağından çəkilən şəkli paylaşılandan sonra formadakı uyğunsuzluq diqqəti çəkib.

 

Sözügedən fotoda Matiçin formasındakı ad futbolçunun adının orijinal forması kimi qeyd olunub. Həmin foto bir neçə səhifə tərəfindən paylaşılıb və adın fərqli yazılmasına diqqət çəkilib.

 

Maraqlıdı, sosial şəbəkədə məsələ aktuallaşmasa, İntizam Komitəsi yenə həmin qərarı qəbul edərdi? Ya sözügedən qurum, sadəcə, fotoya görə cərimə etmək üçün insanların qınağına ehtiyac duyur?

 

Məsələ ilə bağlı "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Klub rəsmisi qərarı gülməli adlandırdı (Futbol+):

 

"Bu gülməli qərardı. Hazırda tərkibində Azərbaycan əlifbasına aid olmayan adlarla bir çox futbolçu çıxış edir. Buna heç bir reaksiya yoxdu. Lakin paltardəyişmə otağında çəkilən şəklə görə klubumuz 3000 manat cərimə olunur.

 

Təbii ki, yazıya haqq qazandırmıram, düzgün olmalı, Azərbaycan əlifbasında yazılmalı idi. Amma ümumilikdə, demək olar ki, bütün komandalarda belə hallar mövcuddu.

 

Məsələylə bağlı ölçü götürüləcəkdisə, bu, hamıya aid olunmalıydı. Təkcə "Qarabağ" fərqləndirməməliydi.

 

Həmin protokolu yazan AFFA nümayəndəsi (Eldəniz Musayev) də özünü gülməli vəziyyətə saldı. Həmin foto paltardəyişmə otağında çəkilib.

 

Kiçik araşdırma aparsaq, görərik ki, Azərbaycan əlifbasında yazılmayan adların olduğu formaları geyən futbolçular və oyun zamanı çəkilən şəkillər var. Bəs nəyə görə bunlara baxılmır? Bu qərarın əsası olmalı idi".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin