Argentina millisinin sabiq futbolçusu maşınla adam vurdu

Sportarena.az      28 Fevral 2021 , 19:07

Futbol üzrə Argentina milli komandasının sabiq qapıçısı Pablo Kavalyero həbs oluna bilər.

 

Sportarena.az xəbər verir ki, hazırda ölkəsində “Veles Sarsfild” klubunda idman direktoru olan Pablo avtomobili ilə adam vurub. Hadisə nəticəsində 56 yaşlı Xuan Libero hadisə yerindəcə ölüb. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

 

Pablo Kavalyero 1996-2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın “Veles Sarsfild” və “Union” (Santa-Fe), İspaniyanın “Espanyol”, “Selta” və “Levante”, həmçinin Uruqvayın “Penyarol” komandalarında çıxış edib. Kavalyero millinin heyətində 2004-cü ildə keçirilən Amerika kubokunun gümüş medalçısı olub.

 

Keçmiş qapıçı 2018-ci ilin yanvarından “Veles Sarsfild”də idman direktoru olaraq çalışır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin