2 şahmatçımız FİDE-nin yeni reytinq cədvəlində irəlilədi

Sportarena.az      1 Mart 2021 , 10:55

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci yerə yüksəlib. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

 

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı ola bilib.

 

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

 

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin