Almaniya klubu baş məşqçisini istefaya göndərdi

Sportarena.az      2 Mart 2021 , 02:02

Almaniyanın “Arminiya” klubu baş məşqçisi Uve Noyhausu istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə 62 yaşlı mütəxəssislə yanaşı, onun köməkçisi Peter Nemetin də vəzifəsindən azad edildiyi diqqətə çatdırılıb.

 

İstefaya komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub. Bilefeld təmsilçisi bu mövsüm Bundesliqa çərçivəsində 22 oyuna cəmi 18 xal toplaya bilib və 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Uve Noyhaus 2018-ci ildən “Arminiya”nı çalışdırırdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin