"Sabah" "Neftçi"yə uduzdu, "Zirə" xal itirdi

00:39 4 Mart 2021

Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub. Əvvəlcə “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

 

Turun qapanış matçında isə lider “Neftçi” “Sabah”ı qəbul edib. Meydan sahibləri bu oyundan qələbə ilə ayrılıblar.

 

Xatırladaq ki, ilk oyun günündə “Səbail” “Keşlə” ilə heç-heçə edib (1:1), “Qarabağ” isə “Qəbələ”ylə ev oyununda 3:0 hesablı darmadağına imza atıb.

 

Azərbaycan Premyer Liqası

18-ci tur

 

Sumqayıt – Zirə 0:0

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev.

Sumqayıt şəhər stadionu,

 

 

Neftçi – Sabah 2:1
Qol: N.Ələsgərov, 34. M.Abbasov, 64 - T.Xəlilzadə, 90+3-pen.

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev.

8-ci km stadionu,


Digər xəbərlər

Xəbər xətti