"Aronyanın Ermənistandan gedişində müharibədəki məğlubiyyətin də rolu var" - AÇIQLAMA

Sportarena.az      4 Mart 2021 , 13:05

"Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir".

 

Sportarena.az xəbər verir ki ,bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Feysbuk"da beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsi barədə danışarkən deyib.

 

36 yaşlı qrossmeyster Aronyanın qərarında ölkəsinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətinin də rol oynadığını bildirib: "Ermənilər çox məyus olublar. Aronyanın getməyində bunun da səbəbi var. Əslində bu addımın bizim üçün heç bir ziyanı yoxdur. Əksinə, Ermənistan şahmatda çox zəifləyəcək".

 

Qeyd edək ki, Levon Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin