“Səbail”in yubiley heç-heçəsi

13:23 4 Mart 2021

“Səbail” Azərbaycan Premyer Liqasında 20-ci heç-heçəsini edib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 18-ci turun “Keşlə” ilə görüşünə təsadüf edib. 1:1 hesablı ev bərabərliyi Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda üçün yubiley sülhü olub. Bunadək bakılılar 93 qarşılaşmadan 19-da 1 xalla kifayətlənmişdi. “Səbail” öz meydanında 11, səfərdə 9 dəfə heç-heçə edib.
 

Qeyd edək ki, “Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər görüşündə rəsmiləşib – 0:0.


Digər xəbərlər

Xəbər xətti