Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq

14:58 5 Mart 2021

Hazırda xaricdə müalicə edilən gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

 

Sportarena.az “Trend”ə istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

 

Nazir müavininin sözlərinə görə, A.Rəhimovun səhhəti yaxşıdır: "Nazirlə dünən danışmışam. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.


Xəbər xətti