İdman zallarının açılması ilə bağlı nazirlikdən açıqlama

Sportarena.az      5 Mart 2021 , 15:09

Azərbaycanda koronavirus pandemiyası səbəbindən bağlanan idman qurğuları yaxın zamanda fəaliyyətini bərpa edə bilər.

 

Bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.

 

O bildirib ki, hazırkı durumu nəzərə alan nazirlik bununla bağlı təkliflərini Operativ Qərargaha təqdim edib: "Bir ildir pandemiya davam edir. Operativ Qərargah tərəfindən məşq zallarının bağlanması tələb olunub. Buna baxmayaraq, olimpiya idman növləri yarışlara hazırlıq məqsədilə qapalı məkanda məşqlərini davam etdirilər. Bəzi idmançılar var ki, onlar bu gün də fəaliyyətsizdirlər. Nazirlik tərəfindən Operativ Qərargaha təkliflər təqdim olunub. İnanırıq ki, yaxın günlərdə bu məsələ həllini tapacaq. Məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil, pandemiya qaydalarına uyğun Operativ Qərargahın verdiyi qərarlarla nizamlanır. İstəyirik ki, idmançılar məşqlərə, zallara qayıtsınlar”. //Apasport.az 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin