“Keşlə”nin məşqçisi, “Qəbələ” ilə “Səbail”in futbolçusu cəzalandı

15:28 10 Mart 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Neftçi” - “Keşlə” matçının 61-ci dəqiqəsində “Keşlə”nin köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

 

“Qəbələ” – “Səbail” oyununda “Qəbələ”nin futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 67-ci dəqiqəsində “Səbail”in 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.


Xəbər xətti