“Neftçi”nin Honda ilə müqavilə imzalayacağı vaxt açıqlandı

19:10 13 Mart 2021

"Neftçi" yeni transferi Keysuke Honda ilə müqaviləni martın 15-də imzalayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi TV kanalı məlumat yayıb. Bu gün səhər Bakıya gələn Yaponiya millisinin 34 yaşlı sabiq yarımmüdafiəçisi sabah "Bakcell Arena"da komandasının  "Səbail"ə qarşı Premyer Liqadakı oyununu canlı izləyəcək.

 

Qeyd edək ki, Honda ilə bu mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti