Aftandil Hacıyev: "Neftçi"nin qapısına penalti təyin olunmalı idi"

20:58 14 Mart 2021

"Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları səfər oyunundan sonra mətbuat konfransında deyib.

 

O, hakimlikdən razı qalmadığını bildirib: "İlk yarıda çox yaxşı oynadıq. "Neftçi"nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı. Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. "Neftçi"nin ustalığı özünü göstərdi".

 

40 yaşlı mütəxəssis qeyd edib ki, bugünədək ən ağır qrafiklə oynayan komanda "Səbail"dir: "Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq".


Xəbər xətti