"Neftçi"də ayrılıq

23:03 14 Mart 2021

“Neftçi” yarımmüdafiəçisi Saman Nərimancahanla yollarını ayırıb.
 
 

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Cənubi azərbaycanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. 

 

Qeyd edək ki, "Neftçi"yə 2020-ci ilin yanvarında transfer olunmuş Saman Nərimancahan “ağ-qaralar"ın heyətində 22 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb. 


Xəbər xətti