“Səbail” legioneri ilə vidalaşdı

Sportarena.az      16 Mart 2021 , 11:02

“Səbail” cənubi azərbaycanlı müdafiəçisi Peyman Keşavarz ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə futbolçu ilə klub arasndakı müqaviləyə vaxtından əvvəl xitam verildiyi diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.

 

Ayrılığın səbəbi açıqlanmayıb. “Səbail” klub kollektivi adından futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Peyman Keşavarz 2020-ci ilin yanvarından “Səbail”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində iki mövsüm ərzində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin