Patrik Andrade: "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu"

Sportarena.az      17 Mart 2021 , 13:20

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Kamerun və Mozambiklə oyunlar üçün Kabo-Verde milli komandasına dəvət alan Patrik Andrade Ağdam klubunun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi milliyə dəvət almasında komandasındakı uğurlu çıxışının əhəmiyyətli rol oynadığını bildirib:

 

“Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb. "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına dəvət aldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmdə oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin