"Qarabağ"ın ehtiyat qüvvəsi inkişaf edir" - AÇIQLAMA

Sportarena.az      19 Mart 2021 , 13:25

"Qarabağ-2" I Divizionun 18-ci turunda "Sumqayıt-2" ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matçda hesab açılmayıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Cavad Mirzəbəyli klubun saytına açıqlama verib:

 

"Hava şəraiti keyfiyyətli futbol nümayiş etdirməyə mane olurdu. Hər iki komanda bundan əziyyət çəkdi. Buna baxmayaraq, qol epizodları yaratdıq. Əsas olan epizodları dəyərləndirməkdir ki, bunu da bacarmadıq. Futbolçularımız əllərindən gələni etdilər. 1-ci divizionda ən gənc kollektivik. Nəticədən çox gənclərin inkişafı önəmlidir. Bu tura qədər ümumi çıxışımızı götürsək, nəticələri normal hesab edirəm. Məncə, doğru yoldayıq. Bəzi oyunlarda bəxtimiz gətirməyib, elə oyunlar olub ki, optimal heyətlə getməmişik. Komandadan razıyam. Əsas odur ki, "Qarabağ"ın ehtiyat qüvvəsi inkişaf edir".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin