Lionel Messi qol sayında Ronaldonu qabaqladı

13:22 23 Mart 2021

"Barselona"nın futbolçusu Lionel Messi penaltilər çıxmaq şərti ilə karyerasında vurduğu qolların sayını 637-ə çatdırıb.

 

Sportarena.az xəbər verir ki, o, buna La Liqanın 28-ci turunda "Real Sosyedad"la matçda (6:1) dubl edərək nail olub. Argentinalı hücumçu bu göstəricidə "Yuventus"un forvardı Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı futbolçu penaltilər çıxmaq şərti ilə ümumilikdə 635 qol vurub.

 

Qeyd edək ki, Messi karyerası ərzində 97 dəfə penaltidən fərqlənib (ümumilikdə 734 qol), Ronaldo isə 11 metrlik cərimə zərbəsini 135 dəfə dəqiq yerinə yetirib. (ümumilikdə 770 qol).


Digər xəbərlər

Xəbər xətti