I Divizion: Tovuzda “sülh”, “Kəpəz”dən inamlı qələbə

Sportarena.az      23 Mart 2021 , 21:34

Futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, əlverişsiz hava şəraitindən yarıda qalmış və 52-ci dəqiqədən oynanılan “Turan Tovuz” – “Sumqayıt-2” matçında qolsuz bərabərlik qeydə alınıb.

 

Günün digər matçı isə Gəncədə keçirilib. “Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan” üzərində inamlı qələbə qazanıb.

 

I Divizion

XIII turun oyunları

 

Kəpəz – Qaradağ Lökbatan 3:1

Qol: Əli Səmədov, 14; 88. Emil Qasımov, 90+9 – Elnur Səmədov, 74.

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamal Umudlu.

Gəncə şəhər stadionu, 15:00.

 

Turan Tovuz – Sumqayıt-2 0:0

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli.

Tovuz şəhər stadionu, 15:30 (52-ci dəqiqədən etibarən).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin