“Qəbələ” - “Zirə” matçının vaxtı və yeri dəyişdirildi

Sportarena.az      24 Mart 2021 , 13:51

“Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlığı Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir. “Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb.

 

“Qəbələ”nın hazırlıq prosesində keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da baş tutacaq. “Azersun Arena” baş tutacaq matça saat 17:00-da start veriləcək.

 

Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma isə “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin