CAS Nurlan İbrahimov işi ilə bağlı UEFA-ya öz dəlillərini təqdim etməyə vaxt verib

Sportarena.az      30 Mart 2021 , 11:18

“Nurlan İbrahimovun işinə İdman Arbitraj Məhkəməsində - CAS üç hakimdən ibarət tərkibdə baxılır”.

 

Sportarena.az xəbər verir ki, bunu Oxu.Az saytına açıqlamasında Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev deyib. Vəkil bildirib ki, artıq heyət təqdim olunan iş materialları ilə tanış olub:

 

“Heyət həm UEFA-nın, həm də bizim təqdim etdiyimiz iş materiallarının hamısı ilə tanış olub. İlkin mərhələdə UEFA işin CAS tərəfindən qəbul edilməməsini tələb edir. Hal-hazırda CAS heyəti UEFA-ya bununla bağlı öz dəlillərini təqdim etməyə vaxt verib, bundan sonra UEFA-nın təqdim etdiyi dəlillərə qarşı bizim mövqeyimizi istəyəcəklər. Biz də öz növbəmizdə etirazımızı təqdim etdikdən sonra bizim də iştirakımızla iclas keçiriləcək və yekun qərar qəbul ediləcək”.

 

Vəkil əlavə edib ki, əgər CAS heyəti işi baxışa qəbul etsə, o zaman işə mahiyyəti üzrə baxacaq və cəzanın qüvvədə qalıb qalmaması, yaxud azaldılması məsələsi həll ediləcək.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zamanı “Facebook” profilində ermənilərlə bağlı paylaşım edən “Qarabağ”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Nurlan İbrahimov bu hərəkətinə görə sərt cəzaya məruz qalıb. O, ömürlük futboldan uzaqlaşdırılıb.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin