"Neftçi"nin futbolçusuna Serbiya forması hədiyyə olundu

Sportarena.az      30 Mart 2021 , 12:09

“Neftçi”nin futbolçusu Mamadu Mbodj DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığmasının futbolçusu Marko Qruyiçlə görüşüb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Srvena Zvezda” klubundan keçmiş komanda yoldaşı Marko Qruyiçlə görüşüb. 

 

Serbiyalı futbolçu Mbodja millidəki 16 nörməli formasını hədiyyə edib. Seneqallı müdafiəçi “tvitter” hesabıda keçmiş komanda yoldaşı ilə birlikdə şəklini paylaşaraq, ona təşəkkür edib.

 

Mbodj 2014/15 mövsümündə Serbiyada “Srvena Zvezda” klubunun formasını geyinib. Marko Qruyiç isə bu klubun yetirməsidir və 2013-2016-cı illərdə əsas komanda oynayıb.

 

Bu gün keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin