Qurban Qurbanov serb jurnalistə danışmaqdan imtina etdi

Sportarena.az      30 Mart 2021 , 16:56

Zurnal.rs saytı DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Serbiya - Azərbaycan oyunu ilə bağlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini öyrənməyə çalışıblar.

 

Sportarena.az xəbər verir ki, nəşrin müraciətini Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavablandırıb:

 

"Təəssüf ki, cənab Qurban Qurbanov sizin suallarınızı cavablandırmayacaq. Baş məşqçimiz müsahibə almaq istəyinizə sevinir, diqqətinizə görə minnətdardır, eyni zamanda milli komandamızın heyətində Podqoritsa və Bakıda vurduğu qolları unutmadığınız üçün təşəkkür edir. Qurban Qurbanov yerli mediadan bu oyunla bağlı dəfələrlə edilmiş müraciətləri qəbul etməyib. Yerli mediaya danışmayıbsa, sizin suallarınızı cavablandırması etik olmaz və bu, bizim jurnalistlərə hörmətsizlik olar. Anlayışınız üçün təşəkkür edirik".

 

2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Azərbaycan millisi Serbiya və Monteneqro ilə oyunlarda uduzmayıb (2:2; 2:1). Komandamızın vurduğu 4 qoldan 3-nün müəllifi məhz Qurban Qurbanov olub. Nəşr məqalənin başlığını "Azərbaycan Qəhrəmanı" kimi dərc edib.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin