AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

Sportarena.az      30 Mart 2021 , 18:00

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 1-ci divizionun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. 13-cü turun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Kəpəz” – “Qaradağ Lökbatan” matçı oyun öncəsi qonaq komandanın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

 

13-cü turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Sumqayıt-2” oyununda matç bitdikdən sonra meydan sahiblərinin futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalınıb, klub 320 manat cərimələnib.

 

14-cü turun  MOİK – “Kəpəz” oyununda qonaq komandanın futbolçusu Hikmət Vediyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

14-cü turun "Neftçi-2” – “Sumqayıt-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

18-ci turun “Kəpəz” – “Keşlə-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Kəpəz” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

18-ci turun “Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gələrkən gecikdiyi üçün meydan sahibi klub 160 manat cərimələnib.

 

“Turan Tovuz” – “Zaqatala” oyununda qonaq komandanın  ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin