Emin Mahmudov: "Qol vurduğum üçün şadam, amma..."

Sportarena.az      31 Mart 2021 , 01:26

"Oyunun çox çətin keçəcəyini gözləyirdik. Bunu öncədən də söyləmişdim".

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Serbiyaya 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

 

Təcrübəli yarımmüdafiəçi bildirib ki, komandası konsentrasiyanı itirən kimi rəqib qollar vurub: "İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. Çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan faydalana bilmədik. Halbuki, hər bir qol epizodundan faydalanmaq lazımdı".

 

Komandasının yeganə qolunu vuran Mahmudov istədiyi qədər sevinə bilmədiyini vurğulayıb: "Qol vurduğum üçün şadam, amma qalib gəlsəydik, daha çox sevinərdim". Report

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin