“Azərbaycanla matçda xarakter göstərdik” - AÇIQLAMA

Sportarena.az      31 Mart 2021 , 11:03

Futbol üzrə Serbiya yığmasının qapıçısı Predraq Raykoviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı qolkiper Bakıda 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

 

“Matça yaxşı başladıq, vaxtında qol vurduq və fasiləyə öndə yollandıq. Fasilədən sonra konsentrasiyada bir qədər azalma oldu. Rəqib üçün penalti yaratdıq. İkinci hissədə həmin epizodadək rəqibin qol şansları belə, yox idi. Buraxdığımız topdan sonra xarakter göstərdik və bizim üçün vacib olan 3 xalı aldıq".

 

Raykoviç ilk hissədə Əli Qurbaninin zərbəsini dəf etməsi barədə də danışıb: "Həmin vaxt kiçik anlaşılmazlıq oldu. Xoşbəxtlikdən, zərbə güclü alınmadı. Mənim işim həmin zərbə də daxil olmaqla, hər şeydən müdafiə olunmaqdır. Penalti epizodunda isə Filip Kostiç rəqibi görmədi. Sadəcə topa baxırdı. Belə hallar olur, normaldır. Onu çox günahlandırmayacağam. Amma növbəti dəfə arxasına baxsın”. (gülür)

 

Qapıçı hazırda qrupda lider olmalarından məmnunluq ifadə edib: "Ümidvaram ki, sonadək belə olacaq. Birbaşa dünya çempionatına vəsiqə qazanmaq istəyirik".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin