Filip Kostiç: “Belə rəqiblərə qarşı oynamaq çətin olur”

Sportarena.az      31 Mart 2021 , 12:10

Futbol üzrə Serbiya milli komandasının yarımmüdafiəçisi Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu səbəb olduğu penalti epizoduyla bağlı danışıb:

 

“Oyunçunu görməmişdim, topa ən qısa zamanda çatmağa çalışırdım. Sonra isə lazımsız reaksiya verdim. Əsas olan nəticədə qələbə qazanmağımızdır.

 

Oyunumdan razıyam, daha yaxşısını da edə bilərdim. Belə rəqiblərə qarşı oynamaq çətin olur. Zehni olaraq çox çalışmışdıq, nəticədən razı qalmalıyıq. Qarşıda oyunlarımız var, asan olmayacaq, lakin bacaracağımıza inanıram”.

 

Serbiya yığması Azərbaycan millisini 2:1 hesabıyla məğlub edib. Serblərin qolunu Aleksandar Mitroviç, Azərbaycanın yeganə qolunu isə Emin Mahmudov penaltidən vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin