Xanım boksçu rinqdə tanınmaz hala düşdü - FOTO

12:20 31 Mart 2021

Alman qadın boksçu Keyenn Hanson ağır zədə aldığı döyüşdə qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı Alina Zaytseva ilə döyüşə çıxan 23 yaşlı boksçu başından ağır zərbə alsa da, təslim olmayıb.

 

Amma Hansonun vəziyyətini ggörən hakim döyüşü dayandırıb. Başından aldığı zərbələr səbəbindən üzünün sol tərəfi inanınlmaz dərəcədə şişən alman boksçuya həkimlər müxadilə edib. Onlar da döyüş davam etməsini məsləhət görməyiblər.

 

Qaydalara görə, döyüşçü başından xəsarət alan zaman bəlli raundlar tamamlandıqdan sonra döyüş bitirilir və xal hesabına uyğun qalib müəyyənləşdirilir. Bu qaydaya əsasən, Hanson hakim xalları ilə qalib elan edilrək kəmərin sahibi olub.



Digər xəbərlər

Xəbər xətti