Koronavirus qaydalarını pozan futbolçulara 6 oyunluq cəza

15:00 1 Aprel 2021

Şotlandiyanın “Reyncers” klubunun 5 futbolçusu cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, Qlazqo təmsilçisində Natan Patterson, Bonqani Zunqu, Kalvin Bassi, Dapo Mebude və Bryan Kinner koronavirus qaydalarını pozduqları üçün 6 oyunluq cəza alıb.

 

Bu barədə Şotlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Futbolçular fevral ayında koronavirus qaydalarına məhəl qoymayaraq, gizli partidə iştirak etmişdilər.


Digər xəbərlər

Xəbər xətti