I Divizion: "Turan Tovuz" qələbə qazandı, "Qaradağ Lökbatan" məğlub oldu

08:43 2 Aprel 2021

Futbol üzrə Azərbaycan I Divizionunda XIX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Turan Tovuz”la “Qarabağ”ın əvəzediciləri üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanan tərəf olub. Bu qələbə sayəsində Tovuz təmsilçisi xal hesabını 40-a çatdırıb və zirvədə qərarlaşıb.

 

Günün digər matçı “Qaradağ Lökbatan”la “Keşlə”nin əvəzediciləri arasında baş tutub. Bu oyunda isə qonaqlar minimal hesabla üstün olublar.

 

 

I Divizion

XIX tur

 

Turan Tovuz – Qarabağ-2 2:1

Qol: Vidadi Cəfərov, 18; 64 - Sultan Mustafayev, 59.

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.

Tovuz şəhər stadionu,

 

Qaradağ Lökbatan – Keşlə-2 0:1

Qol: Emin Quliyev, 48.

Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu,


Xəbər xətti