“Böyük Dəbilqə”: Nicat Şıxəlizadə bürünc medal qazandı

Sportarena.az      2 Aprel 2021 , 09:25

Türkiyənin Antalya şəhərində cüdo üzrə növbəti “Böyük Dəbilqə” turniri start götürüb.

 

Sportarena.az xəbər verir ki, yarışa 13 idmançı ilə yollanan Azərbaycan yığmasının yeddi üzvü  - Kəramət Hüseynov, Davud Məmmədsoy,  Nicat Şıxəlizadə, Orxan Səfərov, Leyla Əliyeva, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva mübarizəyə başlayıb.  

 

Kişilər
60 kq
1/16 final. Kəramət Hüseynov turnirə qələbə ilə başlayıb. O, ilk sınağında Nikolae Foçanı (Moldova) məğlub edib. 1/8 finalda isə həmyerlimiz Belçika təmsilçisinə uduzub.
1/16 final. Davud Məmmədsoy Emirhan Karahanı (Türkiyə) üstələsə də,  1/8 finalda Albert Ogozvla bacarmayıb.

 

66 kq
1/8 final. Nicat Şıxəlizadə Çingizxan Saqinaliyevi (Qırğızıstan) ippo fəndi ilə, ardından Dmitri Minkounu (Bolqarıstan) üstələyib. 1/4 finalda isə onun rəqibi Orxan Səfərov olub. Komanda yoldaşına qalib gələn Nicat yarımfinala çıxıb. Amma o, burada yaponiyalı idmançıya uduzaraq, qızıl medal qazanmaq şansını itirib. Təsəlliverici görüşdə isə qələbə qazanan Nicat turniri bürünc medalla başa vurub.
1/8 final: Orxan Səfərov startda  belçikalı Kennet Van Hansbeke ilə 3,36 dəqiqəlik görüşdən qalib ayrılıb. Növbəti mərhələdə türk Muhammed Demirele qalib gəlsə də, onun yarımfinala yolunu Nicat Şıxəlizadə kəsib.  Bununla belə, təsəlliverici görüşlərə qatılan Orxan ilk cəhdində Böyük Britaniya cüdoçusuna qalib gəlsə də, Murad Çopanova (Rusiya) uduzaraq, medalsız qalıb.  

 

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva ilk görüşünü qələbə ilə başa vurub. O, Katarina Tanzerlə (Avstriya) dueldən qalib ayrılıb, 1/8 finala yüksəlsə də, burada italiyalı Milani Franmeskaya məğlub olub.
1/8 final. Aişə Qurbanlı  Anastasiya Pavlyenkoya (Rusiya)  uduzub.

 

52 kq
1/16 final. Gültac Məmmədəliyevanın yarışda mübarizəsi 28 saniyə çəkib. O, ilk görüşündəsə Ksehin Janqın (Çin) ippon fəndinə düşüb.

 

Qeyd edək ki, turnir üç gün davam edəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin