Əliyar Ağayev PAOK-un matçına təyinat aldı

11:12 2 Aprel 2021

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı hakim ölkə çempionatının XXVIII turunun "Panatinaikos" - PAOK matçını idarə edəcək. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcəklər.

 

Qeyd edək ki, görüş aprelin 4-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti