“Səbail”lə “Zirə”nin 14-cü dueli

10:31 3 Aprel 2021

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu həftə keçiriləcək 21-ci turun görüşləri ilə 3-cü dövrəyə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, “Zirə” dövrənin son matçını “Səbail”ə qarşı keçirəcək. “Qartallar”ın səfər qarşılaşması iki komanda arasında 14-cü duel olacaq. Premyer Liqa çərçivəsində keçirilən əvvəlki 13 oyunda 7 qələbə qazanan “Zirə” 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Rəqib qapısından 17 top keçirən “Zirə” 8 qol buraxıb. 

 

“Qartallar” səfər matçlarında da üstünlüyə malikdir. Komanda rəqib meydanındakı 7 matçdan beşində qalib gəlibsə, iki dəfə səfərdən xalsız dönüb. Bu görüşlərdə 9 dəfə fərqlənən zirəli futbolçular 3 top buraxıblar.

 

Qeyd edək ki, “Səbail” - “Zirə” matçı aprelin 3-də keçiriləcək. “ASCO Arena”da təşkil olunacaq oyun saat 17:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti