Vüqar Bəybalayev Gürcüstanda debüt etdi

Sportarena.az      4 Aprel 2021 , 14:17

Futbol üzrə Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Saburtalo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Bu, azərbaycanlı futbolçunun bir neçə gün öncə müqavilə bağladığı Gürcüstan klubundakı debüt qarşılaşması olub.

 

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 6 oyunda 6 xal toplayıb və 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin