"Real" - "Liverpul" matçına hakim təyinatı açıqlandı

16:23 4 Aprel 2021

Çempionlar Liqasının 1/4 finalında keçiriləcək "Real" - "Liverpul" matçına hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Brix olacaq. Ona yan xətt hakimləri kimi Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tobias Stayler yerinə yetirəcək.

 

Qeyd edək ki, aprelin 6-da keçiriləcək "Real" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti