Ayxan Abbasov: "Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır"

Sportarena.az      5 Aprel 2021 , 01:34

"Komandanı çətin oyun gözləyirdi. Rəqibimiz çempionatın iki liderindən biri olan "Neftçi" idi".
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında deyib.


O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Bizə də xallar lazım idi, çünki aşağıdakı rəqiblər çata bilər. Millinin toplanışından dönən oyunçular 3-4 gün məşq etmişdi. "Neftçi"ni yaxşı analiz etmişdik. Onların boşluqlarını bilirdik. Futbolçulara hər şeyi aşıladıq. Düşündüyümüz epizodlar oldu və qola çevirdik. Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır. Çempionatda 7 oyun qalıb. Bu qələbə münasibəti ilə azarkeşlərimizi də təbrik edirəm. Baxmayaraq ki, onlar yanımızda deyil, amma dəstəklərini həmişə hiss edirik". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin