Əliyar Ağayev "Panatinaikos" - PAOK oyununu idarə etdi - VİDEO

14:08 5 Aprel 2021

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununu idarə edib. 

 

Sportarena.az xəbər verir ki, o, 2-ci turda “Panatinaikos” – PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Görüş Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

 

Bu nəticədən sonra "Panatinaikos" 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür. 

 

 


Digər xəbərlər

Xəbər xətti