Türkiyə çempionatı: “Beşiktaş” səfərdən xalsız döndü

Sportarena.az      5 Aprel 2021 , 15:01

Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, “Ərzurumspor” doğma meydanda “Konyaspor”a, “Alanyaspor” isə “Gənclərbirliyi”nə uduzub. “Ankaragücü” – “Antalyaspor” matçında meydan sahibləri minimal hesabla üstün olublar. “Başakşəhər” isə “Yeni Malatyaspor”la oyunda qələbə qazanıb.

 

Lider “Beşiktaş” da “Kasımpaşa”nın qonağı olub. İstanbul təmsilçisi səfər oyunundan xalsız dönüb.

 

 

Türkiyə Super Liqası

32-ci tur

 

Ərzurumspor – Konyaspor 1:2

Qol: Da Kosta, 15 – Miloşeviç, 9. A.Bardakçı, 44.

 

Alanyaspor – Gənclərbirliyi 1:2

Qol: B.Kutlu, 37 – Yohansson, 8. Stanku, 82.

 

Ankaragücü – Antalyaspor 1:0

Qol: Borven, 83.

 

Başakşəhər – Yeni Malatyaspor 3:1

Qol: T.Cigerci, 26. O.Şahiner, 87. Aleksiç, 90+1 – A.Büyük, 71.

 

Kasımpaşa – Beşiktaş 1:0

Qol: A.Kara, 19.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin