“Kəpəz”də Vətən müharibəsinin iştirakçısı olan futbolçu ilə görüş

Sportarena.az      5 Aprel 2021 , 15:19

“Kəpəz”in bazasında zəfərlə başa çatan Vətən müharibəsinin iştirakçısı, vaxtilə Gəncə klubunun da şərəfini qoruyan Yavəri Kərimov ilə görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, qəhrəman döyüşçü "sarı-göylər"in U-19 komandasına kimi yüksəlib. Ordu sıralarına çağırıldığından həqiqi hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra evə qayıtsa da, müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə yollanıb. Döyüşlərdə göstərdiyi mərdliyə görə Qubadlı, Cəbrayıl və Laçının işğaldan azad olunması medalları ilə təltif olunub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin