Taekvando üzrə yığma komandamız Avropa çempionatında 11 idmançı ilə təmsil olunacaq

Sportarena.az      5 Aprel 2021 , 16:28

Bolqarıstanın paytaxtı Sofiya şəhəri növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

 

Sportarena.az xəbər verir ki, 8-11 aprel tarixləri aralığında təşkil olunacaq qitə çempionatına Azərbaycan millisi də qatılacaq. Komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq. 

 

G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə, Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.

 

Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin