Rinqdə faciə: Kikboksçu aldığı zərbədən öldü - VİDEO

Sportarena.az      5 Aprel 2021 , 18:00

Ekvadorda kikboks üzrə yarışlarda döyüşlərdən biri iştirakçının ölümü ilə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə idman jurnalisti Alberto Astudilo özünün tvitterdəki səhifəsində bildirib. İyirmi beş yaşlı döyüşçü Yoel Kahuskainin ölümünə başına endirilmiş zərbə nəticəsində beyin qanaxması səbəb olub. İdmançını hətta qoruyucu dəbilqə də xilas etməyib.

 

Yoel Kahuskai görüşün əvvəlində rəqibdən ağır zərbə alıb və nokauta düşüb. Salonda tibb işçiləri olmayıb, buna baxmayaraq döyüşçüyə ilk tibbi yardım göstərməyə çalışıblar. Kahuskai təcili olaraq xəstəxanaya aparıldıqdan sonra həkimlər idmançıya beyin qanaxması diaqnozu qoyublar. Həkimlərin səylərinə və reanimasiya tədbirlərinə baxmayaraq, gənc döyüşçünün həyatını xilas etmək mümkün olmayıb.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin