"Borussiya" "Mançester Siti" qarşısına Sançosuz çıxacaq

09:08 6 Aprel 2021

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə “Mançester Siti”si ilə qarşılaşacaq “Borussiya" oyuna ciddi itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi Ceydon Sançonun xidmətindən yararlana bilməyəcək. Martın əvvəlindən zədəli olan İngiltərə millisinin üzvü məşqlərə başlasa da, oyuna tam hazır deyil.

 

Aprelin 6-da keçiriləcək “Mançester Siti” – “Borussiya” matçı saat 23:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti