Şimali Koreya Tokio Olimpiadasında iştirak etməyəcək

09:25 6 Aprel 2021

Koreya Xalq Demokratik Respublikası (KXDR) idmançılarını koronavirus infeksiyasına yoluxmaqdan qorumaq üçün bu ilin yayında Tokioda keçiriləcək Olimpiadada iştirak etməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Qafqazinfo” Cənubi Koreyanın “Yonhap” agentliyinə istinadən xəbər verir. Onun məlumatına görə, bu qərar KXDR Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib.

 

Qeyd edək ki, Tokioda Olimpiada 2020-ci il 24 iyul-9 avqust tarixlərində keçirilməli idi. Yarışlar koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınmışdı və bu ilin 23 iyul-8 avqust tarixlərində keçiriləcək.


Xəbər xətti