AFFA Premyer Liqa klublarını cərimələdi

Sportarena.az      6 Aprel 2021 , 14:59

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.

 

Sportarena.az xəbər verir ki, buna "dənizçilər"in "Zirə" ilə heç-heçə etdikləri ölkə çempionatının 21-ci tur matçında topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəb olub. "Zirə" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

 

"Sabah", "Qəbələ" və "Neftçi"yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib.

 

"Sabah" - "Qəbələ" oyununda meydan sahiblərinin 4, qonaqların 5, "Neftçi" – “Sumqayıt” qarşılaşmasında isə "ağ-qaralar"ın 8 oyunçusu sarı vərəqə ilə cəzalanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin