“Fənərbaxça”nın futbolçuları koronavirusdan sağaldı

Sportarena.az      7 Aprel 2021 , 13:14

“Fənərbaxça”nın koronavirusa yoluxmuş futbolçuları sağalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Bu komandada bir neçə gün öncə beş futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı açıqlanmışdı. Son məlumata görə, onların hamısı sağalıb və sonuncu testləri neqativ çıxıb. Əvəzində “Fənərbaxça”nın prezidenti Ali Koçun koronavirus testi pozitiv çıxıb və hazırda o, evində müalicə alınır. Növbəti oyununu “Yeni Malatyaspor”a qarşı keçirəcək komandada Mesut Özil, Nazım Sanqare ve Dieqo Perotti fərdi proqramla hazırlaşır. Sadık Çiftpınar da zədəsini sağaltmaqla məşğuldur. Enner Valensiyanın isə ağrıları olduğu üçün istirahət alıb.

 

Türkiyənin digər klublarından “Yeni Malatyaspor”da “Fənərbaxça” ilə oyun ərəfəsində koronavirusa 4 yeni yoluxma qeydə alınıb. Klubdan verilən məlumata görə, onlardan ikisi futbolçu, ikisi isə çalışanlardandır. Bununla da sözügedən klubda koronavirusa yoluxma sayı 8-ə çatıb.

 

“Gənclərbirliyi”ndə isə bir klub işçisinin koronavirusa yoluxduğu açıqlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin